Vakuum (vacuum bell) müalicəsi

Çəkməci sinəsi (Pektus ekskavatum) (vacuum bell) müalicəsi

Çəkməci sinəsi (Pektus ekskavatum) sadəcə estetik problem deyil. Bəzi uyğun seçilmiş uşaqlarda erkən yaşlarda vakuum (vacuum bell) müalicəsi faydalı ola bilər.

vacuum bell treatment

Çəkməci sinəsi üçün vakuum müalicəsi əsasən döş qəfəsi elastik olan, daha çox uşaq və erkən yeniyetmə yaşlarında (xüsusilə kiçik yaşlarda) daha faydalıdır.

Çəkməci sinəsi üçün bu üsul Almaniyada inkişaf etdirilmiş konservativ yanaşmadır və məqsəd döş sümüyünü zamanla yavaş-yavaş önə qaldırmaqdır.

Niyə hər gün istifadə olunmalıdır?

Çünki çəkməci sinəsi bir gündə yaranmadığı kimi bir gündə də düzəlmir. Davamlı mexaniki təsir lazımdır. Adətən hər gün, ən azı bir neçə saat (məsələn 3 saat və ya daha çox) müntəzəm istifadə vacibdir.

Niyə kiçik uşaqlarda daha effektlidir?

Çünki çəkməci sinəsi olan kiçik yaşlarda döş qəfəsi daha elastikdir və cavab daha yaxşı ola bilər.

Amma unutmayın: vakuum hər xəstəyə uyğun deyil. Dərin və ağır deformitələrdə əməliyyat lazım ola bilər.

Çəkməci sinəsi masajla düzəlmir.
Fizioterapiya çöküklüyü aradan qaldırmır.
“Tok”, stimulyasiya, üzgüçülük döş sümüyünü qaldırmır.
Bunlar bəzən posture və əzələyə kömək edə bilər, amma deformitəni müalicə etmir.

Çəkməci sinəsi üçün düzgün seçim — xəstənin yaşı, elastikliyi və deformitənin dərəcəsinə görə fərdiləşdirilməlidir