Ravitch əməliyyatı

Ravitch əməliyyatı

Niyə bu gün dünyada pektus ekskavatumda Ravitch əməliyyatı artıq tətbiq olunmur və məsləhət görülmür?

Keçmişdə çəkməci döş qəfəsi (pektus ekskavatum, çəkməci sinəsi) müalicəsində istifadə olunan Ravitch əməliyyatı bu gün dünyanın aparıcı toraks və döş qəfəsi cərrahiyyəsi mərkəzlərində artıq demək olar ki, tətbiq olunmur və məsləhət görülmür.

Bunun əsas səbəbi Ravitch əməliyyatının açıq, yüksək travmatik və invaziv cərrahi üsul olmasıdır.

Bu əməliyyat zamanı:

Döş qəfəsinin ön hissəsində böyük kəsik aparılır
Qabırğa qığırdaqlarına və döş qəfəsi strukturlarına geniş müdaxilə edilir
Döş qəfəsinin təbii anatomiyası pozulur
Əməliyyat müddəti adətən 5–6 saat davam edir
Ağrı və bərpa müddəti daha uzun olur
Estetik və funksional nəticələr hər zaman ideal olmaya bilər
Deformasiyanın təkrar yaranma ehtimalı daha yüksək ola bilər