Pektus ekskavatum (çəkməci döş qəfəsi) — döş qəfəsinin ön hissəsində yerləşən döş sümüyünün (sternumun) içəri doğru çökük olması ilə xarakterizə olunan anadangəlmə bir quruluş pozğunluğudur. Bu səbəbdən sinə ortasında çökəklik (batıqlıq) görünür.
Çox valideynlər və yetkin xəstələr çəkməçi döş qəfəsini sadəcə estetik problem hesab edir. Halbuki Pectus Excavatum yalnız görünüş problemi deyil. Bu deformasiya zaman keçdikcə ürəyə, ağciyərlərə, fiziki performansa və insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.
Ən vacib sual budur:
Çəkməçi döş qəfəsi müalicə olunmalıdırmı?
Cavab: Bəli. Müalicə olunmalıdır.
Çünki bu deformasiya özbaşına düzəlmir. Əksinə, uşağın böyüməsi ilə əksər hallarda daha da dərinləşir və gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər.
Çökük döş sümüyü zamanla:
❤️ ürəyə mexaniki təzyiq göstərə bilər
🫁 ağciyərlərin tam açılmasına mane ola bilər
🏃 fiziki dözümlülüyü azalda bilər
💓 ürəkdöyünmə və ritm pozğunluqlarına səbəb ola bilər
😔 özgüvən itkisi və psixoloji narahatlıq yarada bilər
🧒 yeniyetməlik dövründə daha da dərinləşə bilər
Bir çox xəstələr:
“Tez yoruluram…”
“Qaçanda nəfəsim çatmır…”
“Sinəmi göstərməyə utanıram…”
kimi şikayətlərlə müraciət edirlər.
Bu səbəbdən pektus excavatum “belə də yaşamaq olar” deyiləcək bir vəziyyət deyil.
Bu gün pektus excavatumun effektiv və elmi əsaslı iki əsas müalicə üsulu mövcuddur:
Uyğun seçilmiş uşaq və yeniyetmələrdə vakuum terapiyası effektiv nəticə verə bilər.
Xüsusi vakuum cihazı vasitəsilə döş sümüyü tədricən önə çəkilir.
Ən yaxşı nəticələr:
✅ kiçik yaşlarda
✅ döş qəfəsi elastik olduqda
✅ deformasiya çox sərt olmadıqda
müşahidə olunur.
Lakin hər xəstə vakuum terapiyasına uyğun olmur.
Donald Nuss tərəfindən hazırlanmış Nuss əməliyyatı bu gün dünyanın aparıcı mərkəzlərində pektus excavatumun müalicəsində əsas “gold standard” hesab olunur.
Bu əməliyyat zamanı:
● kiçik kəsiklər edilir
● xüsusi titan bar yerləşdirilir
● döş sümüyü normal anatomik vəziyyətinə gətirilir
Üstünlükləri:
✅ minimal invazivdir
✅ estetik nəticələr yüksəkdir
✅ funksional nəticələr yüksəkdir
✅ ürək və ağciyər üzərindəki təzyiq aradan qalxır
Təəssüf ki, bəzi ailələr vaxt itirərək aşağıdakı metodlara ümid bağlayırlar:
❌ fizioterapiya
❌ posture məşqləri
❌ üzgüçülük
❌ fitness və idman
❌ vitaminlər
❌ kalsium preparatları
❌ manual terapiya
❌ masaj
Bu metodların heç biri döş sümüyünün anatomik olaraq içəri çökməsini düzəldə bilməz.
Onlar bədənin ümumi vəziyyətinə faydalı ola bilər, lakin pektus excavatumu müalicə etmir.
Ravitch əməliyyatı keçmiş illərdə istifadə olunan açıq cərrahi üsullardan biri olmuşdur.
Lakin müasir dövrdə bir çox qabaqcıl mərkəzlərdə artıq rutin istifadə olunmur və əksər hallarda məsləhət görülmür.
Səbəbləri:
❌ daha böyük kəsik
❌ daha yüksək cərrahi travma
❌ daha çox ağrı
❌ daha uzun sağalma müddəti
❌ estetik nəticələrin daha zəif olması
❌ bəzi hallarda təkrarlanma riskinin olması
Bu səbəbdən bu gün əsas seçim Nuss əməliyyatıdır.
Çəkməçi döş qəfəsi sadəcə estetik problem deyil.
Bu deformasiya:
❤️ ürəyə
🫁 ağciyərlərə
🏃 fiziki performansa
🧠 psixoloji vəziyyətə
birbaşa təsir göstərə bilər.
Bu səbəbdən çəkməçi döş qəfəsi olan uşaq və ya yetkin xəstələr mütləq bu sahədə təcrübəli mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Doğru xəstədə doğru vaxtda tətbiq olunan vakuum terapiyası və ya Nuss procedure əməliyyatı gələcək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişə bilər.